23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Milli Şura Bakıda mitinq keçirib
Tarix: 10-03-2018 22:09 | Bölmə: Xəbərlər
Milli Şura Bakıda mitinq keçirib

Bakıda Milli Şuranın mitinqi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış etiraz aksiyası keçmiş “Məhsul” stadionunda baş tutub.

Mitinqdə Müsavat Partiyası da daxil olmaqla, digər siyasi qüvvələrin təmsilçiləri də iştirak ediblər.

Müxalifət mitinqdə çoxsaylı insanın iştirak etdiyini bildirir.
Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın təşkil etdiyi mitinqlə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı razılaşdırılmış mitinqində Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}