23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Milli Depozit Mərkəzinə sədr və üzvlər seçilib - Siyahı
Tarix: 13-03-2018 08:50 | Bölmə: Xəbərlər
Milli Depozit Mərkəzinə sədr və üzvlər seçilib

Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının (MŞ) növbədənkənar iclası keçirilib.

İclasda MŞ-nın yeni üzvlərdən ibarət tərkibi formalaşdırılıb.

Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarına nəzarət Departamentinin direktoru Cavid Nəzərov MŞ-ya sədr, Palatanın digər əməkdaşı Məhəmməd Həsənli, eləcə də "İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Orxan Bağırov, "Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Tural Bayramov və "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Bəhruz Nağıyev isə MŞ-nın üzvləri seçiliblər.

İclasda MDM-in cari və qarşıda duran məsələləri də müzakirə edilib, "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin və "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun olaraq qiymətli kağızlar bazarının dərinləşməsi, xarici depozitarlara inteqrasiyası üçün hüquqi və texniki məsələlərin həllinin sürətləndirilməsi və s. əsas istiqamətlər müəyyənləşdirilib.(Report)




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}