23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Abutalıbov aksiyanın keçirilməsinə icazə verməyib
Tarix: 13-03-2018 21:56 | Bölmə: Xəbərlər
Abutalıbov aksiyanın keçirilməsinə icazə verməyib

Dövlət Gömrük Komitəsinin idxal olunan KİV məhsullarından qeyri-qanuni ƏDV tələb etməsinə etiraz olaraq “Qaya Mətbuat Yayımı” MMC-nin əməkdaşları piket keçirməyi planlaşdırmışdı.

“Qaya Mətbuat Yayımı” MMC-nin direktoru Xanhüseyn Əliyev Reyting.az-a deyib ki, mart ayının 15-də Dövlət Gömrük Komitəsinin binası qarşısında keçirmək istədikləri aksiyaya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) icazə verməyib.

BŞİH mətbuat işçilərinin piketlə bağlı müraciətinə cavabında bildirib ki, qaldırılan məsələni piket keçirməklə deyil, aidiyyatı orqanlara müraciət edib sivil qaydada həll etmək məsləhətdir.

X. Əliyev isə Reyting.az-a bildirib ki, iki ildən artıqdır bu məsələnin sivil qaydada həllinə çalışsalar da müsbət nəticə yoxdur. “İndi ümid qalır mətbuatın dostu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə. İnanırıq ki, o, öz sözünü deyəcək və KİV məhsullarına qeyri-qanuni ƏDV-nin tələb edilməsini dayandıracaq”, - X. Əliyev bildirib.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}