23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
İlham Rəhimov: “Rusiyadan heç yerə getmirik”
Tarix: 14-03-2018 12:09 | Bölmə: Xəbərlər
İlham Rəhimov: “Rusiyadan heç yerə getmirik”

"Mən öz ortaqlarım olan Qod Nisanov və Zarax İliyevlə birgə Rusiyadan başqa heç bir ölkəyə hansısa investisiya yatırmamışıq. Ona görə də mənim Moskvadan getməyimlə bağlı informasiyalar kökündən yanlışdır. Biz Rusiyadan heç yerə getmirik və başqa ölkəyə də investisiya yatırmaq fikrində deyilik."

Reyting.az
xəbər verir ki, bunu Minval.az-a açıqlamasında azərbaycanlı iş adamı İlham Rəhimov söyləyib.

“Bəziləri mənim öz səhmlərimi Araz Mehdiyev və Nəriman Ramazanova verməyimlə bağlı sensasiya yaymağa cəhd edirlər. Birincisi, Rusiyada kimsə səhmlərini satırsa, bu gizlədilmir, əksinə, reklam edilir. Bütün bunlar qanunvericiliklə gerçəkləşdirilir. İkincisi isə Nəriman Ramazanovun bu işə heç bir aidiyyəti yoxdur. O, bizim Bakı ofisimizdə hüquqşünas kimi çalışır. Araz Mehdiyevə gəlincə, o, mənim kürəkənimdir. Bəli, mən özümün elmi fəaliyyətimə diqqətimi artırdığıma görə həqiqətən ona öz işlərimin idarəçiliyini vermişəm. Lakin bu o demək deyil ki, mən işdən uzaqlaşmışam. Mən indi də əvvəlki kimi bütün işlərimi idarə edəcəyəm, amma mənim Moskvadakı işlərimlə Araz Mehdiyev məşğul olacaq”, – deyə o bildirib.

Rəhimov həmçinin sərvətinin 500 milyon dollar olmasıyla bağlı informasiyaya da aydınlıq gətirib:

“Bu məlumatlar köhnəlib və mən indi konkret rəqəmlər deyə bilmərəm. Bu rəqəm son 4 ildə bir neçə dəfə artıb”.

Qeyd edək ki, bundan öncə İlham Rəhimovun Rusiyadakı daşınmaz əmlak biznesindən imtina etməsi ilə bağlı informasiya yayılıb. Rəhimov "Kiyevskaya ploşad” şirkətlər qrupundakı payını başqa şəxsin adına keçirib. 500 milyon dollar həcmində qiymətləndirilən səhmlərin yeni sahibi Rəhimovun Azərbaycanda qeydiyyatdan keçmiş "Fina” hüquq şirkətindəki tərəfdaşı olub. Rəhimovun bu addımı ABŞ “Kreml siyahısı” ilə əlaqədar atdığı vurğulanıb.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}