23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Sahibkarlar aclıq aksiyası keçirir - Etiraz
Tarix: 16-03-2018 23:38 | Bölmə: Xəbərlər
Sahibkarlar aclıq aksiyası keçirir

Sumqayıtdan olan 7 iş adamı aclıq aksiyasına başlayıb. Onlar aksiyanı Sumqayıtda deyil, Bakıda keçirir və bunu Sumqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcovun aksiyanı dağıtmaq göstərişi verməsi ilə əlaqələndirirlər.

Aksiyaçılar Sumqayıt şəhərinin girişinin abadlaşdırılması və “Sumqayıt bulvarı”nın salınmasına görə onlara vəd olunan 2 milyon manatdan çox vəsaiti ala bilmədiklərini iddia edirlər.
Bu müddətdə iş adamları Sumqayıt Şəhər İcra Hakimiyyətində, Milli Məclisdə və Prezident Administrasiyasında səlahiyyətli şəxslərlə görüşüblər. Onlara vəsaitlərin ödəniləcəyi vəd olunsa da, vəziyyət dəyişməz qalır.

Bu barədə Meydan TV-ni aksiya keçirən Aydın Abdullayev, İsa Qasımov, Çingiz Mansurov, Rəşad Abbasova, Bəxtiyar Ənnağıyev, Tapdıq Səttarov və Mustafa Qaracayev məlumatlandırıblar.

Aydın Abdullayev deyib ki, 2016-cı ilin mart ayından Sumqayıt şəhərinin abadlaşdırılmasında iş adamı olaraq çalışıblar və tikinti materiallarını özləri alıblar: “Abadlıq işlərinin maliyyəsini şəhər icra hakimiyyəti öz üzərinə götürmüşdü, əvvəlki dövrdə zəhmət haqqımızı alırdıq. Sonradan maliyyə problemi yarandığını dedilər, pulların gecikməsindən narahat olmamağı xahiş etdilər. Bir müddət gözləməyi xahiş etdilər. 2016-cı ilin sentyabrında icra başçısının müavini Fəzail Hüseynov bildirdi ki, “Sumqayıt bulvarı”nın açılışının səhəri gəlib pullarınızı alarsınız. Biz də prezidentin tədbirin açılışında iştirakını və onların vədini nəzərə alıb inandıq. Təəssüf ki, açılışın səhəri günü bizə açıq şəkildə dedilər ki, sizi tanımırıq”.

Aydın Abdullayev məhkəməyə müraciət etmədiklərini söyləyib: “Bunun səbəbi podratçı şirkətin işə başladığı zaman icra hakimiyyəti ilə müqavilə imzalamamasıdır. Ümumi işin maliyyəsi 12-13 milyon manat civarındaydı. Sonradan podratçı şirkətin sədri Müqayis Verdiyev haqda şəhər məhkəməsinin hökmü ilə 3 ay həbs-qətimkan tədbiri seçildi, əlbəttə burda icra hakimiyyətinin rolu danılmaz idi. Guya Müqayis Verdiyev müqaviləsiz işçi işlədib və nəticədə fəhlə yıxılıb, ayağına armatur batıb. Bundan sonra bizim maaş tələb etdiyimiz subyekt qalmadı. Əslində, icra hakimiyyətinin 12-13 milyonluq abadlıq işini müqaviləsiz həyata keçirməsi suallar doğurur və hüquq-mühafizə orqanları bununla bağlı araşdırma aparsa, çox şey üzə çıxar. Həmin vəsaitin 2 milyon 100 min manatı bizim pulumuzdur, iki ildir ala bilmirik. Bu vəsaitin hamısı bizim deyil, burda materilların da pulları var. Yaxud yaşıllığı quranların pulu ödənilməyib. Nəhayət, bulvardakı bayrağı da bizimlə aksiya keçirənlərdən biri 40 min manata alıb, hələ də borcunu qaytara bilmir. Çünki icra hakimiyyəti pullarının olmadığını deyib, bayrağı almağı bizim üstümüzə qoydu. Aldadılanlar arasında 7 il Qarabağ müharibəsində döyüşmüş şəxs də var. Mənim özümün banka borcum olduğundan evimi aldılar”.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, hazırda Müqayis Verdiyevin məhkəməsi davam edir, prosesin yekunu hər şeyi ortaya qoyacaq.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}