11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Bakı-Naxçıvan aviareysinin uçuşu baş tutmayıb - Səbəb
Tarix: 08-04-2018 19:21 | Bölmə: Xəbərlər
 Bakı-Naxçıvan aviareysinin uçuşu baş tutmayıb

Bakı-Naxçıvan aviareysi təxirə salınıb.

Bunu "Azərbaycan Hava Yolları" QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.

P.Kəsəmənskinin sözlərinə görə, aviareysin təxirə salınmasına səbəb təyyarənin havaya qalxarkən quş ilə toqquşmasıdır.

“Səmaya qalxarkən quş ilə toqquşan hava laynerinin kapitanı qərar verib ki, təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına geri dönsün. Təyyarə yerə uğurla enib. Hazırda Naxçıvana uçacaq digər təyyarənin hazırlıq işləri aparılır. Sərnişinlər növbəti reys ilə Naxçıvana yola salınacaq. Ləngimə çox olmayacaq”, - deyə P.Kəsəmənski vurğulayıb.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}