Məzahir Pənahov: “Prezident seçkilərinə tam hazırıq”
Tarix: 10-04-2018 15:55 | Bölmə: Xəbərlər
Məzahir Pənahov: “Prezident seçkilərinə tam hazırıq”

Mərkəzi Seçki Komissiyası (MSK) sabah baş tutacaq prezident seçkilərinə artıq tam hazırdır.

Bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M. Pənahov qeyd edib ki, həm Azərbaycan daxilində, həm də Azərbaycan xaricində bütün seçicilərin səsverməsi üçün lazımi şərait yaradılıb.

MSK sədri bildirib ki, müşahidəçilərin sırası kifayət qədər genişdir və müşahidə aparmaqla bağlı heç bir müraciətə yox cavabı verilməyib.

"Biz müşahidə aparmaq üçün bütün müraciətlərə müsbət cavab vermişik və bu da çox yaxşı cəhətdir”.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}