16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
ABŞ Türkiyəyə alternativ variant təklif edir
Tarix: 13-04-2018 08:41 | Bölmə: Xəbərlər
ABŞ Türkiyəyə alternativ variant təklif edir

Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettis Türkiyənin Rusiyadan "S-400" kompleksləri almasına dair danışıqların detallarına aydınlıq gətirib.

RİA "Novosti" xəbər verir ki, Pentaqon rəhbəri ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə bildirib ki, Vaşinqton Rusiya silahlarına alternativ təklif etmək niyyətindədir.

"Biz Türkiyə ilə bu barədə, o cümlədən NATO (standartlarına) uyğun sistemlər əldə etmək imkanı verəcək hərbi texnikanı satın alma variantları vermək imkanlarına dair danışıqlar aparırıq", - deyə Mettis bildirib.

Nazirin sözlərinə görə, Türkiyənin qərarı NATO maraqlarına uyğun deyil, çünki bir bölgəyə ziddiyyətli raket əleyhinə müdafiə sistemləri yerləşdirilir.

Bundan əvvəl Moskva və Ankara zenit raket komplekslərinin tədarük müddətinin tezləşdirilməsi barədə razılıq əldə edib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}