16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Polis AXCP-nin 6 fəalını saxlayıb - Siyahı
Tarix: 15-04-2018 08:07 | Bölmə: Xəbərlər
Polis AXCP-nin 6 fəalını saxlayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) dünən keçirilən mitinqin təşkilatçıları olan 6 fəalı - Saqif Qurbanov, Vidadi Quliyev, İsmayıl Həsənov, Baba Suleymanov, Əli İmanxanlı və Ruslan Nəsirlii aprelin 13-də saxlanılaraq məhkəmələr tərəfindən hər biri 15 sutka inzibati həbsə məhkum edilib. Bu barədə AXCP-nin mətbuat xidmətindən “Amerikanın Səsi”nə bildiriblər.

Aprelin 14-də keçirilən mitinqdə AXCP sədri Əli Kərimli fəalların həbsinin siyasi sifariş olduğunu deyib.

"İqtidar mitinqin təşkilatçılarını həbs etməklə askiyada kütləviliyin qarşısını almaq istəyirdi. Amma, buna nail ola bilmədilər", - o qeyd edib.

Xatırladaq ki, hazırda AXCP-nin 8 fəalı inzibati qaydada həbsdədir. Daha iki fəal - Orxan Baxışlı və Abdulla Mahmudov müxalifətin martın 31-də keçirilən mitinqindən öncə martın 27-də həbs edilib. Onların hər biri 30 sutka inzibati həbsə məhkum edilib.

Rəsmi qurumlar AXCP fəallarının həbsinin səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.(Turan)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}