22:54 / 24-04-2024
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
21:42 / 24-04-2024
Erməni xəyanəti: həkim 40 türk əsgərini zəhərləyib
20:28 / 24-04-2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışını edib - Fotolar
19:29 / 24-04-2024
İran qoşunları Suriyanı tərk edir
19:16 / 24-04-2024
“Su-35”-lər "Patriot"-u aldada bilir
19:04 / 24-04-2024
Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib
17:55 / 24-04-2024
Milli Məclis 3150 manatlıq kompüteri niyə 6 minə alır? - 830 minlik tenderlə bağlı qalmaqal
17:46 / 24-04-2024
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
17:29 / 24-04-2024
24 Aprel - Erməni Yalanı Günüdür
17:16 / 24-04-2024
Şadlıq saraylarında şişirdilmiş qiymətlər... - Ekspertdən şərh
17:04 / 24-04-2024
Keçmiş nazirin meyiti tapılıb
16:56 / 24-04-2024
Rus ordusu daha bir yaşayış məntəqəsini ələ keçirib
16:44 / 24-04-2024
Məhkəmə saxlanılan nazir müavini ilə bağlı qərar verib
16:35 / 24-04-2024
Lukaşenko: "Anlamaq olmur, onlar bununla kimin qarşısını almaq istəyirlər?"
16:30 / 24-04-2024
Avropa qeyri-adi vəziyyətlə üzləşib
16:26 / 24-04-2024
Sabiq icra başçısının növbəti məhkəməsi keçirilib
16:08 / 24-04-2024
Yeni robotlar satışa çıxarılıb - Video
15:57 / 24-04-2024
Ərdoğan Almaniya prezidentini qəbul edib
15:26 / 24-04-2024
Borrell: "İranla diplomatik münasibətləri kəsmək olmaz"
15:12 / 24-04-2024
Ələsgər Məmmədlinin sağlıq durumu pisləşir
14:30 / 24-04-2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
14:30 / 24-04-2024
İlham Əliyevlə Sadır Japarov görüşüb, yeni sənədlər imzalanıb - (Yenilənib)
14:17 / 24-04-2024
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
13:40 / 24-04-2024
İnfoqrafiya heyvanların ömrü haqqında nə deyir?
13:21 / 24-04-2024
Azərbaycanda Rusiya əleyhinə ikinci cəbhə olmayacaq
13:12 / 24-04-2024
Xəzər dənizində birgə təlimlər başlayıb
13:00 / 24-04-2024
Prezident generalı təltif edib - Sərəncam
12:48 / 24-04-2024
MMA döyüşçülərinin həbs müddəti uzadılıb - Biri azadlığa buraxılıb
19:13 / 20-04-2024
Bakıda taxta bazarında yanğın olub - Fotolar (Yenilənib)
22:20 / 20-04-2024
ABŞ Ukraynaya 61 milyard dollar ayırıb
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
00:37 / 20-04-2024
Hikmət Hacıyev: "Bu, diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
13:13 / 20-04-2024
Müğənni Cavanşir Məmmədov vəfat edib
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
20-dən çox ölkənin prokurorları Bakıdadır - Tədbir
Tarix: 16-04-2018 21:23 | Bölmə: Xəbərlər
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun dəvəti ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Qerhard Yaroşun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Kanada, İsveçrə, İrlandiya, Cənubi Afrika Respublikası, Tayland, Bəhreyn və Mavriki dövlətlərinin Baş prokurorları, habelə təşkilata üzv olan digər ölkələrin prokurorluq orqanlarının yüksək səviyyəli şəxsləri ölkəmizdə səfərdə olublar.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, dünyanın 20-dən çox ölkəsinin prokurorluq orqanlarının yüksək çinli təmsilçilərinin və Azərbaycan Respublikasının dövlət rəsmilərinin iştirakı ilə İcraiyyə Komitəsinin açılışı olub.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov ölkə Prezidenti cənab İlham Əliyevin adından qonaqları salamlayıb, tədbirin ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik bir sıra tədbirlərlə eyni vaxta təsadüf etdiyini qeyd edərək hazırkı iclasın dövlətimizin hüquqi dövlətin qurulması və qanunun aliliyinin təmin edilməsi işinə, eləcə də bu fəaliyyətdə prokurorların roluna və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa töhfə verdiyini bildirib.
İclasa sədrlik edən Baş prokuror Zakir Qaralov ölkəmizin təşkilatla fəaliyyətə başladığı vaxtdan etibarən uğurla əməkdaşlıq etdiyini və Assosiasiyanın ali idarəetmə orqanlarında fəal təmsil olunduğunu vurğulayıb, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun BPA-nın uzun illər İcraiyyə Komitəsinin üzvü olmuş, hazırda Assosiasiyanın senatoru və fəxri üzvü, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin isə İcraiyyə Komitəsinin üzvü olmasını qeyd edib.
Baş prokuror ölkəmizin belə mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək hazırkı iclasın təşkilatın işinə verdiyi töhfələrinə görə yaddaqalan olacağına və əməkdaşlığımızın daha da inkişafı və dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Beynəlxalq Prokurorlar Assosiasiyasının Senatoru və fəxri üzvü, ədliyyə naziri Fikrət Məmmədov açılışda Assosiasiyanın tarixi və keçdiyi inkişaf yolu və Azərbaycanın BPA-nın inkişafında töhfələri ilə bağlı foto-slaydlardan ibarət əyani prezentasiya ilə çıxış edib, İcraiyyə Komitəsinin 2002-ci ildə Bakıda keçirilmiş iclasını və Komitə üzvlərinin böyük şərəf verilərək ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunduğunu xatırladaraq Bakı iclasının yaddaqalan və belə tədbirlər üçün yüksək standart kimi müəyyən etdiyini vurğulayıb.
Bildirib ki, Assosiasiyanın işində yaxından iştirak edilərək ölkəmiz tərəfindən BPA-nın rus dilində saytı və dünya prokurorları üçün korrupsiyaya qarşı internet şəbəkəsi aparılır, bütün nəşrləri Azərbaycan və rus dillərinə tərcümə olunmaqla qurumun təcrübəsindən ölkəmiz və müxtəlif digər dövlətlər tərəfindən geniş bəhrələnilir.
Assosiasiyanın prezidenti Qerhard Yaroş çıxış edərək iclasın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə öz dərin təşəkkürlərini bildirib, Azərbaycanın Assosiasiyanın işinə verdiyi önəmli töhfələri və onun fəaliyyətində göstərdiyi təşəbbüskarlıq və mühüm dəstəyi xüsusi vurğulayıb.
İki gün davam edən iclasda İcraiyyə Komitəsi üzvlərinin gördüyü işlərə, qurumun maliyyə durumuna dair hesabatlar müzakirə olunaraq qəbul edilib, bir sıra vəzifələrə təyinatların aparılması, Assosiasiyanın ixtisaslaşdırılmış şəbəkələrinin fəaliyyəti və gələcək inkişafı, qurumun üzvləri arasında, həmçinin təşkilatın beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi, transmilli cinayətkarlığa qarşı mübarizə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım məsələləri ilə bağlı geniş diskussiyalar aparılıb, bir sıra mühüm qərarlar qəbul edilib.
Yekunda İcraiyyə Komitəsinin növbəti iclasının, həmçinin Assosiasiyanın növbəti İllik Konfransı və Ümumi Yığıncağının 2018-ci ilin 9-13 sentyabr tarixlərində Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilməsi qərara alınıb.
Səfər zamanı Beynəlxalq Prokurorlar Assosiasiyanın prezidenti Qerhard Yaroş, Baş katibi Han Moraal, icraçı direktoru xanım Yanne Holst Hübner və təşkilatın digər rəsmiləri Azərbaycan Respublikasının Baş Prokurorluğunda Baş prokuror Zakir Qaralov tərəfindən qəbul ediliblər.
Baş prokuror Assosiasiyasının İcraiyyə Komitəsinin iclasına məhz Azərbaycan Respublikasının ev sahibliyi etməsinin həm Assosiasiyanın fəaliyyətində, həm də cinayətkarlığın bütün formalarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verən ölkəmizin ictimai həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb, daha öncə BPA-nın İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasını xatırladaraq bu tədbirlərin qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib.
Görüş zamanı qonaqlara son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar, ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində prokurorluq orqanlarının fəaliyyəti barədə geniş məlumat verilib.
Mövcud səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edən Q.Yaroş ölkəmizlə təşkilat arasında qurulmuş münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib, Azərbaycan Prokurorluğunun dəstəyi ilə 2017-ci ildə Bakıda keçirilmiş Assosiasiyanın "Kibercinayətkarlıqla mübarizəyə dair Konfrans"ına yüksək səviyyədə ev sahibliyinə görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirərək İcraiyyə Komitəsinin 45-ci iclasında da ölkəmizin öz müsbət təcrübələrini tətbiq edəcəyinə ümidvar olduğunu bəyan edib.
Assosiasiya rəsmiləri daha sonra Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, ədliyyə naziri Fikrət Məmmədovla görüşüblər.
Görüşdə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və cinayətkarlıqla mübarizə üzrə dünya prokurorlarının səylərinin birləşdirilməsində Assosiasiyanın rolu vurğulanıb, ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Azərbaycanın BPA ilə uğurlu əməkdaşlığı, Assosiasiyanın işinə verdiyi dəyərli töhfələri, habelə onun rəhbər orqanlarında fəal təmsilçiliyi yüksək qiymətləndirilib, təşkilatın gələcək fəaliyyətinə yinə dair faydalı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Baş prokuror Zakir Qaralovla Tayland Krallığının Baş prokuroru cənab Khemçai Çutivonqsi, Bəhreyn Krallığının Baş prokuroru cənab Əli Albuainaini, Mavriki Respublikasının Baş prokuroru cənab Saatyajit Boolell və digər ölkələrin Baş prokurorlarının rəhbərlik etdikləri nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib.
Azərbaycanda uğurla həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərdiyini diqqətə çatdıran xarici qonaqlar ölkələrimiz arasında hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulayaraq, dövlətlərarası əməkdaşlığın prokurorluq orqanları arasında da genişlənməsinin qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildiriblər. İkitərəfli görüşlərdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində müqavilə bazasının formalaşdırılmasından danışılıb, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək ölkələrimizin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Səfər zamanı iştirakçılar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin milli memarlıq üslubunda inşa edilmiş və ən müasir avadanlıqla təchiz edilmiş inzibati binasında olub, Baş İdarədə yaradılmış yüksək iş şəraiti ilə yaxından tanış olan qonaqlara korrupsiyaya qarşı mübarizədə qətiyyətli siyasi iradənin təzahürü olan qurumun fəaliyyəti barədə məlumat verilib. Sonra Assosiasiya rəsmiləri ilə quruma üzv olan ölkəmizin gənc prokurorluq əməkdaşlarının görüşü keçirilib, əməkdaşlara təşkilatın cinayətkarlıqla mübarizənin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən ixtisaslaşdırılmış şəbəkələri və digər layihələri barədə ətraflı məlumat verilib, geniş fikir mübadiləsi aparılaraq iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Qonaqlar həmçinin ölkəmizin tarixi və mədəni abidələri, o cümlədən Bakının müasir rəmzlərindən olan Heydər Əliyev Mərkəzi və "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu ilə tanış olublar. Eyni zamanda, bölgələrə səfər edilərək Şəkidə məhkəmə kompleksinin və rayon prokurorluğun fəaliyyəti, rayonun qədim tarixi guşələri ilə tanış olunub. İştirakçılar Qəbələdə "ASAN” Xidmət Mərkəzinin fəaliyyəti, həmçinin müasir məhkəmə binası ilə tanışlıqdan da xoş təəssüratla ayrılıblar, "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksinə səfər edərək ölkəmizin turizm potensialının və yaradılmış ən yüksək beynəlxalq standartlara cavab verən infrastrukturun əyani şahidi olublar.
Azərbaycan Respublikasının prokurorluq orqanları cinayətkarlığa qarşı mübarizədə səylərin birləşdirilməsi və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə bundan sonra da beynəlxalq tərəfdaşlarla əməkdaşlığını davam etdirəcəkdir.
Bölməyə aid digər xəbərlər

Dünən, 19:16
“Su-35”-lər "Patriot"-u aldada bilir
Dünən, 17:04
Keçmiş nazirin meyiti tapılıb
Dünən, 16:26
Sabiq icra başçısının növbəti məhkəməsi keçirilib
Dünən, 14:30
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Dünən, 13:00
Prezident generalı təltif edib - Sərəncam
Dünən, 10:23
Xankəndidə yenə silah-sursat tapılıb
Dünən, 08:46
Qəbiristanlıqda rəqsə görə 18 sutka cəza verilib
Dünən, 08:37
Narkotikə görə daha 4 nəfər həbs edilib - Fotolar
Dünən, 08:23
Pekin taykonavtların adını açıqlayıb
Dünən, 08:20
Argentina iranlı nazirin həbsini tələb edir
Dünən, 08:11
ABŞ Senatı xarici yardım paketini təsdiqləyib
Dünən, 00:08
Britaniya döyüş təyyarələrini Polşaya göndərəcək
23-04-2024, 23:09
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23-04-2024, 18:05
Makron Zelenskiyə yalan vədlər verib
23-04-2024, 16:14
İlham Əliyev geri qaytarılan 4 kənddən danışıb
23-04-2024, 14:37
Astara sakini 51 kq narkotiklə tutulub
23-04-2024, 12:11
Əliyev Zelenskini COP29-a dəvət edib
23-04-2024, 11:10
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
23-04-2024, 10:04
Xankəndidə silah-sursat aşkarlanıb
23-04-2024, 09:54
Azərbaycan ərazisində zəlzələ olub
23-04-2024, 00:05
Abramoviç yeni futbol klubunu Avropanın ən yaxşısı edəcək
22-04-2024, 23:33
Sülhməramlılar Qarabağdan Ermənistana gedir
22-04-2024, 21:32
Ruslar Xarkovdakı teleqülləni dağıdıb - Foto
22-04-2024, 20:55
Əliyevlə Putin birgə nahar ediblər
22-04-2024, 15:08
Ukrayna daha 250 min şəxsi səfərbər etməlidir
22-04-2024, 13:26
Rusiya Çin liderini Kazan şəhərində gözləyir
22-04-2024, 09:53
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
22-04-2024, 09:12
Trampa kimlər mane olur? - Sorğu
22-04-2024, 00:45
Türkiyədə yenə zəlzələ olub
21-04-2024, 17:46
İran prezidenti Pakistana gedir
20-04-2024, 22:20
ABŞ Ukraynaya 61 milyard dollar ayırıb
20-04-2024, 14:33
Moskvada azərbaycanlı iş adamı öldürülüb
20-04-2024, 13:13
Müğənni Cavanşir Məmmədov vəfat edib
20-04-2024, 10:21
Qazaxlı Alikin oğlunun məhkəməsi başlayır
19-04-2024, 21:22
Buraxılış imtahanının nəticələri elan olunub
19-04-2024, 16:19
Abel Məhərrəmov və xanımı məhkəməyə verilib
19-04-2024, 14:22
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19-04-2024, 13:56
Aİ-dən İsrail və İrana çağırış: "Təmkinli olun!"
19-04-2024, 13:15
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
19-04-2024, 13:12
Bu şəxslər pensiyaya daha tez çıxacaq - Qanun dəyişib
19-04-2024, 11:52
BDU tələbəsi intihar edib
19-04-2024, 11:41
MN: "Rusiyanın bombardmançı təyyarəsini vurduq"
19-04-2024, 11:13
Daha bir ölkə fransız diplomatlarını qovub
19-04-2024, 09:31
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
19-04-2024, 09:00
Sumqayıtda oğul ata və anasını öldürüb
19-04-2024, 00:01
ABŞ Fələstinin BMT-yə tam üzvlüyünə “yox” deyib - Yenilənib
18-04-2024, 23:01
Türkiyədə ard-arda üç güclü zəlzələ olub
18-04-2024, 19:04
Respublika Pediatriya Mərkəzi yaradılıb
18-04-2024, 17:44
Əfv edilənlərin içində niyə qadınlar az olur? - Açıqlama