16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazirin qoçularına 5 il həbs cəzası verilə bilər
Tarix: 17-04-2018 17:10 | Bölmə: Xəbərlər
Nazirin qoçularına 5 il həbs cəzası verilə bilər

Aprelin 9-da səhiyyə naziri Oqtay Şirəliyevin işarəsi ilə jurnalist Famil Fərhadoğlunun (İbrahimov) döyülməsi ilə bağlı istintaq işi Yasamal rayon 28-ci Polis Bölməsindən alınaraq Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) verilib. Peşə fəaliyyətini yerinə yetirən jurnalistə qarşı cinayət hadisəsini törədən şəxslərin kimliyi də artıq müəyyən edilib. Onlar Namiq Əliyev və Riad Paşayevdir.

Unikal.org saytı jurnalisti döyən şəxsləri hansı cəzanın gözlədiyini öyrənmək üçün hüquqşunas Loğman Abdullayevə müraciət edib. Hüquqşunas bildirib ki, həmin şəxsləri 5 ilə qədər həbs cəzası gözləyə bilər:

"Jurnalistin işinə mane olan, onun məlumat toplamaq və istehsal etmək üçün istifadə etdiyi əşyanı əlindən alan həmin 2 şəxsi Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məsuliyyətə cəlb etmək lazımdır. Burada həm döymə var, həm də qəbirsanlıq ictimai yer olduğu üçün orada ictimai qaydalar kobud şəkildə pozulub, vətəndaşa zor tətbiq edilib, özgənin əmlakının ələ keçirilməsi və zədələnməsi ilə müşaiət olunan qərəzli hərəkətə yol verilib. Hadisəni törədənlər 2 nəfər olduğu üçün, sözügedən olay bir qrup şəxs tərəfindən törədilmiş hesab edilməlidir. Ona görə də həmin şəxsləri 3 ilə qədər islah işləri və ya 5 ilə qədər azadlıqdan məhrumetmə cəza gözləyir”.

Hüquqşunas qeyd edib ki, Azərbaycan Respublikası Konsititusiyasının 50-ci maddəsinə görə, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır: “Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. “KİV haqqında” qanunla da jurnalistin məlumat toplama hüquq var. Bu qanunların pozulması və jurnalistin işinə mane olmaq yolverilməzdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}