Mərkəz direktoru işdən çıxarılıb
Tarix: 19-04-2018 15:58 | Bölmə: Xəbərlər
Mərkəz direktoru işdən çıxarılıb

Respublika Narkoloji Mərkəzin direktoru Telman Süleyman oğlu Məmmədhəsənov tutduğu vəzifəsindən azad edilib.

Məlumata görə, onun vəzifədən azad edilməsi ilə bağlı əmr səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən aprelin 17-də imzalanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumatı təsdiqləyib.

O bildirib ki, Respublika Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası direktorun təşkilati metodik işlər üzrə müavini Aytən Rəşid qızı Səmədovaya həvalə edilib.

Xatırladaq ki, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş vermişdi. Yanğın nəticəsində 25 nəfər dünyasını dəyişmişdi.(Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}