11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Bakıda qeyri-ənənəvi gizli ibadət yeri aşkarlanıb
Tarix: 23-04-2018 10:28 | Bölmə: Xəbərlər
Bakıda qeyri-ənənəvi gizli ibadət yeri aşkarlanıb

Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar bağ massivində yerləşən Azərbaycan Respublikasının vətəndaşı Rəhmanlı Rəhman Mikayıl oğluna məxsus bağ sahəsində qeyri-ənənəvi dini təriqətin üzvləri tərəfindən gizli yaradılmış, azyaşlıların da dini ayinlərə cəlb olunduğu qanunsuz dini ibadətgah-dərsxana kompleksi aşkar edilib.

Hər üç qurumun yaydığı birgə məlumatda bildirilir ki, qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan "məscid” adı altında gizli fəaliyyət göstərən həmin ərazidən dini ayrı-seçkiliyin təbliği məqsədi ilə qanunsuz yayılan çoxsaylı dini ədəbiyyatlar aşkar edilərək götürülüb:

"Qeydə alınmış qanun pozuntuları müvafiq qaydada sənədləşdirilərək, qanunsuz dini ibadət-tədris sahəsinin fəaliyyəti dayandırılıb”.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində araşdırmalar davam edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}