16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Bundan sonra yeni əsərlər yazacam” - Elçin Əfəndiyev
Tarix: 23-04-2018 11:42 | Bölmə: Xəbərlər
"Bundan sonra yeni əsərlər yazacam”

"Heç kəs üçün vəzifə əbədi deyil. Hər şeyin başlanğıcı olduğu kimi sonu da var. Bu baxımdan mənim hökumətdə yer almamağımla bağlı nə üzüntüm, nə də təəccübüm var”.

Reyting.az
-ın xəbərinə görə, bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında baş nazirin sabiq müavini Elçin Əfəndiyev yeni hökumətdə yer almaması barədə danışarkən deyib. E. Əfəndiyev bildirib ki, uzun illər çalışdığı vəzifədə dövlətə xidmət göstərib:

"İnanıram ki, yeni gələnlər də Azərbaycanın uğurları üçün çalışacaq. Prezidentin rəhbərliyi ilə ölkəmizin inkişafı bundan sonra da davam edəcək. Mən yeni təyin olunan şəxslərə uğurlar arzu edirəm”.

Bundan sonra hansı işlə məşğul olacağına gəlincə, E. Əfəndiyev bunları deyib: "Bundan sonra yeni əsərlər yazacam. Buna vaxtım olacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}