14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İki vəkilin fəaliyyəti dayandırılıb - Səbəb
Tarix: 24-04-2018 10:43 | Bölmə: Xəbərlər
İki vəkilin fəaliyyəti dayandırılıb

Vəkillər Kollegiyası Əsabəli Mustafayevin və Nemət Kərimlinin vəkillik fəaliyyətini 1 illik dayandırıb.

"Azadlıq”a açıqlamasında Nemət Kərimli bildirib ki, onun vəkillik fəaliyyətinin 1 illiyə dayandırılması Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun Vəkillər Kollegiyasına şikayəti əsasında baş tutub.

Rüstəm Usubov Nemət Kərimlini Əfqan Muxtarlı işini siyasiləşdirməkdə, ictimaiyyəti çaşdırmaqda ittiham edib. Bu müraciəti əsas tutan Vəkillər Kollegiyası Nemət Kərimlinin fəaliyyətinin 1 illiyə dayandırılması barədə bu gün qərar verib.

Eyni üsulla Rüstəm Usubov vəkil Əsabəli Mustafayevlə bağlı Kollegiyaya şikayət yazıb. İddia olunur ki, vəkil, Gözəl Bayramlı ilə bağlı işi siyasiləşdirməklə Baş Prokurorluğun nüfuzuna zərbə vurub, eyni zamanda bu həbslə bağlı ictimaiyyəti caşdıran informasiya verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}