İşdən çıxarılan komitə sədri qızının toyunu təxirə saldırıb - Foto
Tarix: 24-04-2018 12:03 | Bölmə: Xəbər lenti
İşdən çıxarılan komitə sədri qızının toyunu təxirə saldırıb

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov qızının toyunu təxirə salıb.

Reyting.az
-ın xəbərinə görə, bu barədə BakuPost yazıb. Sayt bildirir ki, ötən ilin dekabrında nişanlanan Kəmalə İbrahimovanın toyu aprelin 14-də baş tutmalıymış. Hətta toyun məkanı danışılıb, dəvətnamələr də paylanılıbmış.

Belə ki, toyun keçiriləcəyi məkan olaraq "Alov qüllələri”ndəki "Fairmont” otellə razılıq əldə olunub, təşkilati işlər də tamamlanıb. Lakin növbədənkənar prezident seçkilərindən sonra toy təxirə salınıb. Qonaqlara isə səbəb kimi prezident seçkilərindən sonra tədbirlərin çox olduğu, məhz bu səbəbdən toyun başqa tarixə keçirildiyi deyilib.

Məlumata görə, toyu təxirə salan tərəf İbrahimovlar olub. Buna səbəb isə N. İbrahimovun seçkilərdən sonra formalaşdırılacaq yeni kabinetdə yer almayacağı barədə xəbərlər olub.

Bundan başqa, toyun keçiriləcəyi məkan üçün və təşkilati işlərə xeyli miqdarda pul xərclənilib.

Qeyd edək ki, K. İbrahimova "DeCamie” moda evinin sahibidir.

Məlumat üçün bildirək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-də baş tutub. Seçkilərdən sonra aprelin 18-də Nazirlər Kabineti tam tərkibdə istefaya göndərilib. Prezident İlham Əliyevin sərəncamı ilə Nazim İbrahimovun postuna deputat Fuad Muradov təyin edilib. Beləliklə, N. İbrahimov NK-dan uzaqlaşdırılıb.

İşdən çıxarılan komitə sədri qızının toyunu təxirə saldırıb

Reyting.az




Bölməyə aid digər xəbərlər