Ölkəyə giriş və çıxış qaydaları dəyişir - Layihə
Tarix: 25-04-2018 14:00 | Bölmə: Xəbərlər
Ölkəyə giriş və çıxış qaydaları dəyişir

Vətəndaşlığı olanların, olmayanların və ya əcnəbilərin Azərbaycana gəlməsi, yaxud ölkədən getməsi ilə bağlı qaydaların pozulmasına görə yeni cəzalar müəyyənləşir.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 517-2.9 maddəsinin əlavə edilməsi təklif olunub.

Yeni maddəyə görə, yuxarıda sadalananlarla bağlı qaydaları pozanlar 150 manatdan 300 manata qədər cərimələnəcəklər.

Layihə Milli Məclisin mayın 1-i və 4-ü keçiriləcək ardıcıl iclaslarının birində müzakirəyə çıxarılacaq.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}