AŞPA məcburi köçkünlərlə bağlı qətnamə qəbul edib
Tarix: 25-04-2018 21:36 | Bölmə: Xəbərlər
AŞPA məcburi köçkünlərlə bağlı qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) öz ölkəsində məcburi köçkün düşən şəxslərin ehtiyaclarına və humanitar hüquqlarına dair qətnbamə qəul edib.


Avropada 4 milyon belə insanın olduğu qeyd edilən qətnaməyə əsasən, bunların 1,7 milyonu Azərbaycan, Gürcüstan və digər ölkələrin payına düşür.

Sənəddə 1994-cü ildən bəri davam edən Dağlıq Qarabağ münaqişəsinə görə narahatlıq ifadə olunur, məcburi köçkünlərə humanitar sahədə göstərilən dəstək alqışlanır. Eyni zamanda münaqişə tərəfləri ATƏT-in Minsk qrupu həmsədrlərinin 2017-ci il dekabrın 7-də təklif etdiyi Azərbaycan və Ermənistan xalqları arasında əlaqələrin bərpasına çağrılır.

Qətnamədə vurğulanır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına müvafiq olaraq məcburi köçkünlərə məxsus məhv edilmiş, yararsız hala salınmış, yaxud köçkünlük həyatı səbəbindən istifadə edilə bilməmiş əmlakları ilə bağlı şəxsi və kollektiv müraciətlərə baxılmalıdır.

Sənədə azərbaycanlı deputatların təklifi ilə BMT-nin Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993) və 884 (1993), həmçinin 1416 (2005) nömrəli qətnamələrinin sözləri də daxil edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}