Səlim Müslümovun elan etdiyi müsabiqə ləğv olunub
Tarix: 26-04-2018 08:38 | Bölmə: Xəbərlər
Səlim Müslümovun elan etdiyi müsabiqə ləğv olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elan etdiyi müsabiqə ləğv olunub.


Müsabiqə haqda elan Səlim Müslümov nazir vəzifəsindən azad olunmazdan bir gün əvvəl verilib. Müsabiqənin mövzusu “Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi” olub və QHT-lər üçün nəzərdə tutulub. Tədbirin mayın 4-də keçiriləcəyi bildirilirdi.

Reyting.az saytı Qafqazinfo-ya istinadla xəbər verir ki, dünən nazirlik həmin müsabiqəni ləğv edib və bu gün rəsmi mətbuatda bu haqda elan yayıb. Tədbirin ləğv olunmasının səbəbləri açıqlanmayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}