Baş nazir kreditlərlə bağlı qərar verib
Tarix: 15-05-2018 08:49 | Bölmə: Xəbərlər
Baş nazir kreditlərlə bağlı qərar verib

Azərbaycanda ipoteka krediti ilə ev almaq istəyənlərin işi asanlaşıb.

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın aylıq məcmu gəlirinin hesablanması Qaydası”na dəyişikliklər edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli qərarında “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}