16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
AŞPA-dakı nümayəndə heyətimizin tərkibi dəyişəcək
Tarix: 16-05-2018 16:51 | Bölmə: Xəbərlər
AŞPA-dakı nümayəndə heyətimizin tərkibi dəyişəcək

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik olacaq.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Modern.az-a Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə məlumat verib.

A.Mollazadə bildirib ki, nümayəndə heyətində hər zaman rotasiyalar, dəyişikliklər olub.

"Nümayəndə heyətinin tərkibinə daxil olan deputatlar Milli Məclisdə təyin edildiyinə görə, onların yerinə parlamentdən yeni üzvlər seçiləcək. Nümayəndə heyətinin tərkibinin dəyişdirilməsi yaxın vaxtlarda baş tutacaq”.

Qeyd edək ki, hazırda Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə aşağıdakı deputatlar daxildir:

Səməd Seyidov (sədr), Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elxan Süleymanov, Rəfael Hüseynov, Rövşən Rzayev, Müslüm Məmmədov, Elşən Musayev, Vüsal Hüseynov daxildir.

Lakin ölkə başçısının imzaladığı sərəncamla deputatlar Rövşən Rzayev "Dövlətqaçqınkom”un sədri, Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edildiyindən, onlar AŞPA-ya gedə bilmirlər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}