16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Hospitalda direktorla həkimlərin qarşıdurması yaranıb
Tarix: 21-05-2018 16:37 | Bölmə: Xəbərlər
Hospitalda direktorla həkimlərin qarşıdurması yaranıb

"Grand Hospital”da kütləvi ixtisar olub.

Reyting.az Bakupost-a istinadla xəbər verir ki, özəl klinika rəhbərliyinə Yalçın adlı Türkiyə vətəndaşı yeni direktor gətirilib. Bundan sonra klinika həkimləri kütləvi şəkildə işdən çıxarılmağa başlanılıb. Belə ki, 2 gün əvvəl – yəni şənbə günü illərdir, klinikada işləyən həkimlər səhər işə gəldikdə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən otaqlarına buraxılmayıblar.

Nə baş verdiyini anlamayan həkimlər rəhbərliyə müraciət ediblər. Klinika rəhbərliyi onlarla daha işləmək istəmədiklərini, yerlərinə Türkiyədən həkim gətirdiklərini bildirib. Həkimlərin qarşılaşdığı bu "sürpriz” ciddi narazılığa səbəb olub.

Həkimlərin bildirdiyinə görə, klinika rəhbərliyi onların əmək hüququnu kobudcasına pozmaqla yanaşı, həm maddi, həm də mənəvi ziyan vurub.

Belə ki, klinika rəhbərliyi bir neçə ay əvvəl əksər həkimlərə öz otaqlarını tam təmir etdirib, mebellərinə kimi yeniləməyə məcbur edib. Təmir işi və mebellərin alınması həkimlərin vəsaiti hesabına başa gəlib. Bu səbəbdən həkimlər iddia edir ki, "Grand Hospital”ın rəhbərliyi onları Türkiyədən gəlmiş mütəxəssislərlə əvəz etmək planını əvvəlcədən qurub və yeni doktorların şəraitini köhnələrin vəsaiti hesabına qurdurub.

Əməkdaşlar işdən çıxarılan həkimlərdən bəzilərinin adlarını da açıqlayıblar:

Arzu Əyyubova

Rasim Məhərrəmov

Afaq Ələsgərova

Röyal Hacıməmmədov

Namiq İsmayılov

Seymur Mehtiyev

Sənan Aşirov

Toğrul Ömərov


Hazırda klinikada gərgin vəziyyət hökm sürür. BakuPost-un əməkdaşı məsələ ilə bağlı "Grand Hospital”ın mətbuat xidmətinin rəhbəri Türkan Məmmədli ilə əlaqə saxlayıb. O, məsələ ilə bağlı açıqlama vermək istəməyib.

Qeyd edək ki, sözügedən hospital bir müddət öncə xəstə ölümləri ilə gündəmə gəlmişdi. Daha sonra vergi yoxlamaları başlanılmış və işçilərin çoxunun əmək müqaviləsiz işlədilməsi ortaya çıxmışdı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}