Sabiq Aparat rəhbərinin rüşvət qalmaqalı başlayır
Tarix: 22-05-2018 19:12 | Bölmə: Xəbərlər
Sabiq Aparat rəhbərinin rüşvət qalmaqalı başlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq Aparat rəhbəri Əjdər Cəbiyevlə bağlı (Əjdər Ol) qalmaqallı fakt üzə çıxıb.

Unukal.org-a daxil olan məlumatda bildirilir ki, Ə. Cəbiyevin Aparat rəhbəri olduğu dövrdə rüşvət aldığı adamlar işlərinin düzəlməməsi səbəbindən pullarını geri tələb edirlər.

İddia olunur ki, Ə. Cəbiyev ayrı-ayrı şəxsləri müvafiq vəzifələrə qoymaq vədi ilə onlardan külli miqdarda pul alıb:

"Bildiyiniz kimi, Əjdər Ol sabiq nazir Səlim Müslümuvun ən yaxın adamı idi. O, nazirlikdə təyinatlar, işə götürmək, yeyinti və rüşvət şəbəkəsini idarə edirdi. Sahil Babayev nazir təyin olunan kimi Əjdər Ola pul verənlər onu axtarmağa başladılar. 150 min manatdan 300 min manata qədər bir neçə adamdan pul alaraq birini TSEK rəhbəri, birini baş həkim, digərini komissiya sədri, pensiya təyinatı üzrə şöbə müdiri və digər vəzifələrlə təyin etmək vədi vermişdi. Hətta elə adam olub ki, onda 56 min dollar pul alıb”.

Məlumatda bildirilir ki, S. Babayev nazir təyin olunan günün səhəri pul verənlər nazirliyə gələrək Əjdər Oldan pullarını geri tələb ediblər: “Məlum olduğu kimi, qısa müddət ərzində Sahil Babayev Əjdər Olu işdən çıxardı. Bu səbəbdən də sabiq Aparat rəhbərinə rüşvət verənlər pullarını geri almaq üçün evinə gedirlər”.

İddiaya görə, vəzifə üçün pul verənlərdən bəziləri hüquq-mühafizə orqanlarına şikayət etmək barədə düşünürlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}