Rüstəm İbrahimbəyov fəxri adlardan məhrum edilə bilər
Tarix: 24-05-2018 16:34 | Bölmə: Xəbərlər
Rüstəm İbrahimbəyov fəxri adlardan məhrum edilə bilər

Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz üçlüyü" filmində Azərbaycan xalqı vəhşi, qəddar, mədəniyyətsiz, ermənilər isə alicənab, sülhsevər, vəhşi türkün qurbanı kimi göstərilir. Filmdə ssenari müəllifinin öz doğulduğu ölkəyə olan nifrəti, milli köklərinə etdiyi xəyanəti ölkə ictimaiyyətinin kəskin etirazına səbəb olub.

Bu səbəbə görə yaxın günlərdə bir qrup rejissor və ziyalılarımız Rüstəm İbrahimbəyova Azərbaycan dövləti tərəfindən verilən fəxri adların ləğv edilməsi üçün ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayacaq.

Reyting.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev unikal.org-a açıqlamasında faktı təsdiqləyib:

"O, Azərbaycanın Xalq yazıçısı, Əməkdar incəsənət xadimi və digər fəxri adlar alıb. Həmçinin yüksək mükafatlarla təltif olunub. Bunun müqabilində isə o, Azərbaycan xalqını "vəhşi, qəddar, mədəniyyətsiz" göstərib. Biz hesab edirik ki, Rüstəm İbrahimbəyov Azərbaycan xalqına etdiyi bu hörmətsizliyin müqabilində ən yüksək fəxri adlar və mükafatlardan məhrum edilməlidir. Bunun üçün yaxın günlərdə Kinematoqrafçılar İttifaqının katibliyi çağrılacaq və üzvləri toplaşacaq. Toplantıda Rüstəm İbrahimbəyovun fəxri ad və mükafatlardan məhrum edilməsi ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət hazırlanacaq. Dövlət strukturlarının, ictimai qurumların və vətəndaşların da bu məsələdə dəstəyini gözləyirik".

Qeyd edək ki, İbrahimbəyov Rüstəm Məmmədibrahim oğlu 1998-ci ildə Azərbaycanın Xalq yazıçısı, Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb, 1995-ci ildə "Şöhrət” ordeni ilə təltif edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}