Xalq şairinin yazıçı oğlu qəflətən vəfat edib
Tarix: 11-06-2018 01:14 | Bölmə: Xəbərlər
Xalq şairinin yazıçı oğlu qəflətən vəfat edib

Xalq şairi Cabir Novruzun sonbeşik övladı Müşfiq Cabiroğlu qəflətən vəfat edib.

Bu barədə məlumat verən QHT rəhbəri Sahib Məmmədov sosial şəbəkədə yazıb ki, Cabir Novruzun böyük oğu Mirzə 2007-ci ildə avtoqəzada həlk olub, digər övladı Vüqar isə 2014-cü ildə infarktdan dünyasını dəyişib:

"Cabir Novruzla qonşu idik. Sonra da həmin mənzildə Müşviq qalırdı. Rəhmətlik çox gülərüz, mehriban və səmimi bir insan idi. Son vaxtlar çox fikirli idi. Son bir ildə onu heç vaxt gülən görməmişdim. Ortancıl qardaşının qəfil vəfatından sonra özünü toparlaya bilməmişdi”.

Qeyd edək ki, M. Cabiroğlu 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1999-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Yazıçı Mikayıl Müşfiq xatirə mükafatı laureatıdır.

S.Məmmədov qeyd edib ki, Müşviq həm də xalq artisti Əlabbas Qədirovun kürəkəni idi. Yaşasaydı, oktyabr ayının 3-də 54 yaşı olacaqdı...

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}