17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Pambıqçılar kütləvi şəkildə zəhərlənib - Araşdırma başlayıb
Tarix: 11-06-2018 01:27 | Bölmə: Xəbərlər
Pambıqçılar kütləvi şəkildə zəhərlənib

Saatlıda pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Smada kəndində qeydə alınıb.

Tarlada işləyən 23 nəfər kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onların pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə istifadə edilən kimyəvi maddədən zəhərləndikləri bildirilir.

Zəhərlənənlər Sabirabad rayonunun Nəsimi kənd sakinləridir. Rayona Bakı şəhəri Toksikologiya Mərkəzinin həkim briqadası ezam olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}