Uşaqlar zərərli informasiyadan qorunacaq - Qanun
Tarix: 12-06-2018 18:20 | Bölmə: Xəbərlər
Uşaqlar zərərli informasiyadan qorunacaq

Milli Məclisin bu gün keçirilən iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihə barədə Ailə,Qadın və Uşaq Məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verib.

O qeyd edib ki, Azərbaycan prezidenti tərəfindən təklif olunan layihə qəbul edildiyi təqdirdə 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək: “Buna səbəb qanun layihəsinin tam işlək hala gətirilməsidir”.

5 fəsil 19 maddədən ibarət qanun layihəsinin 4-cü (Uşaqlar üçün zərərli informasiyanın növləri) maddəsinə əsasən, uşaqlar üçün zərərli informasiyaya bunlar aiddir:

4.1.1. Bu Qanunun 4.2-ci maddəsinə uyğun olaraq uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya,

4.1.2. Bu Qanunun 4.3-ci maddəsinə uyğun olaraq müəyyən yaş qrupuna aid olan uşaqlar arasında

dövriyyəsi məhdudlaşdırılan informasiya (dövriyyəsi məhdudlaşdırılmış yaş qrupuna münasibətdə).

4.2. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir:

4.2.1. zorakılığı və qəddarlığı təbliğ edən informasiya,

4.2.2. cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya;

4.2.3. uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya,

4.2.4. ailə institutunu nüfuzdan salan informasiya,

4.2.5. əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya,

4.2.6. pornoqrafik xarakterli informasiya,

4.3. Müəyyən yaş qrupuna aid uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyaya aiddir:

4.3.1. zorakılığı və qəddarlığı nümayiş edən informasiya,

4.3.2. qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya,

4.3.3. qorxu məzmunlu informasiya,

4.3.4. Erotik məzmunlu informasiya.

Sənəddə teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər də müəyyən olunub.

Qanun layihəsində Azərbaycanda informasiya məhsulunun yaş təsnifatı əksini tapıb.

Qanun layihəsinin 5-ci (informasiya məhsulunun yaş təsnifatı) maddəsinə əsasən, uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarının yaş təsnifatı aparılır.

İnformasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq aşağıdakı kimi aparılır:

1. “universal” – istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmur,

2. “6 yaşadək”- altı yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilir,

3. “6 yaşdan” – altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

4. “12 yaşdan” – on iki yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

5. “16 yaşdan” – on altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

6. “18 yaşdan” – on səkkiz yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}