23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Polislər “Lotu Quli”nin tərəfdarlarını saxlayıb - Əməliyyat
Tarix: 18-06-2018 15:56 | Bölmə: Xəbərlər
Polislər “Lotu Quli”nin tərəfdarlarını saxlayıb

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) “oğru dünyası”na daxil olan 6 şəxsi saxlayıb.

Reyting.az
xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə DİN-nin nümayəndəsi Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib.

Saxlanılan şəxslərdən ikisinin azərbaycanlı, “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovla əlaqəli olduğu müəyyənləşdiib. 1980-ci il təvəllüdlü B.B və 1981-ci il təvəllüdlü C.O. adlı şəxslər vətəndaşlardan külli miqdarda pul tələb etməkdə günahlandırılır. Həmin şəxslərin evlərində axtarış zamanı onların “oğru dünyası” ilə əlaqəli olmasını sübut edən məlumatın yer aldığı mobil telefonlar müsadirə edilib.

Saxlanılan şəxsləri 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}