23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Məhkəmə Ramin Hacılı barəsində qərar verib
Tarix: 20-06-2018 12:33 | Bölmə: Xəbərlər
Məhkəmə Ramin Hacılı barəsində qərar verib

Dövlət sərhədini qanunsuz keçmək istəyərək saxlanılan Ramin Hacılı barəsində cinayət işi başlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsində onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə R. Hacılı barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, ittihamı qəbul etmədiyini deyib.

Daha sonra R. Hacılı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Hazırda DSX-nın İstintaq İdarəsi tərəfindən istintaq araşdırmaları davam etdirilir.

Qeyd edək ki, DSX-nın yaydığı məlumata əsasən, iyunun 4-də DSX-nin sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb.

İlkin araşdırma zamanı R. Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona kömək etməsini etiraf edib. F. Qasımov da eyni məzmunlu ifadə verib.

R. Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirib.(Report)




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}