11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
QAT hakimiyyətdən mitinq cavabı gözləyir
Tarix: 24-06-2018 10:17 | Bölmə: Xəbərlər
QAT hakimiyyətdən mitinq cavabı gözləyir

Qarabağ Azadlıq Təşkilatının (QAT) İdarə Heyəti Qarabağ mitinqinin keçirilməsi ilə əlaqədar qərar qəbul edib. QAT hesab edir ki, torpaqlarımızın uzun müddətə işğal altında qalmasına etiraz əlaməti olaraq aksiyanın keçirilməsi vacibdir.

Reyting.az
-a verilən məlumata görə, QAT-ın Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətində mitinqin 2018-ci il iyulun 21-də “Məhsul” stadionunda və ya hakimiyyətin təklif edəcəyi digər məkanda keçirməyə hazırdır:

“Biz, Qarabağ Azadlıq Təşkilatı olaraq, aşağıda imza edənlərin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Dağlıq Qarabağ və digər ərazilərimizin hələ də Ermənistanın işğalı altında qalmasına etiraz etmək, həmçinin torpaqlarımızın azadlığı işinə ictimai dəstəyi nümayiş etdirmək məqsədilə Qarabağ mitinqi keçirmək haqda qərar qəbul etmişik. Qarabağ mitinqinin 2018-ci il iyulun 21-də, saat 15:00- dan 17:00-dək 10 min nəfərin iştirakı ilə Yasamal rayonu ərazisindəki “Məhsul” stadionunda və ya təklif edəcəyiniz digər yerdə keçirilməsi nəzərdə tutulur. Mitinqdə “Qarabağa azadlıq!”, “Ya Qarabağ, ya ölüm! Başqa yol yox artıq!”, “Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarları səsləndiriləcək, eyni məzmunda plakatlar qaldırılacaq, çıxışlar ediləcək, qətnamə qəbul olunacaq”.

QAT Bakı Şəhər İcra Hakimiyyətindən xahiş edirik ki, Qarabağ mitinqinin keçirilməsi üçün qanunvericiliyə uyğun olaraq şərait yaratsın.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}