Borca görə 200 min manatlıq əmlak hərraca çıxarılıb
Tarix: 05-07-2018 09:38 | Bölmə: Xəbərlər
Borca görə 200 min manatlıq əmlak hərraca çıxarılıb

Vergilər Nazirliyi vergi borcuna Bakıda fəaliyyət göstərən "Ocaq" müəssisəsinin 200 min manatlıq əmlakını hərraca çıxarıb.

Nazirlikdən verilən məlumata görə, vergi ödəyicisi olan "Ocaq" müəssisəsinin Bakı şəhəri, Səbail rayonu, Cənub körpüsü, ev 3-də yerləşən qapı və pəncərə istehsalı üçün müxtəlif növ avadanlıq və dəzgahlarına 200 min manat qiymət qoyulub. İlkin hərracda satılmadığından avadanlıq və dəzgahların qiyməti 10% aşağı salınaraq 180 min manat müəyyənləşdirilib.

Hərracda iştirak etmək istəyənlər əmlaka görə müvafiq olaraq 18 min manat beh verməlidir.(APA)




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}