14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Enerji qəzasının səbəbləri yaxın günlərdə bilinəcək - Komissiya üzvü
Tarix: 07-07-2018 12:44 | Bölmə: Xəbərlər
Enerji qəzasının səbəbləri yaxın günlərdə bilinəcək

İyulun 3-nə keçən gecə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza nəticəsində ölkə ərazisində ciddi enerji problemi yaranıb.

Qəza ilə bağlı Energetika Nazirliyi və "Azərenerji” ASC-nin birgə rəsmi məlumatında bəyan edilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.

Dərhal Prezident İlham Əliyevin sərəncamı ilə baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Dövlət Komissiyası yaradılıb.

Sərəncama görə, Dövlət Komissiyası hadisənin baş vermə səbəblərini araşdırmalı və bu barədə Prezidentə məlumat verməlidir. Qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirilməli və həyata keçirilməli, görülmüş işlər haqqında ölkə başçısına mütəmadi məlumat verilməlidir.

Həmçinin, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.

Reyting.az-ın xəbərinə görə, Prezidentin yaratdığı Dövlət Komissiyasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru Nazim Məmmədov Modern.az-a deyib ki, hadisə ilə bağlı hazırda araşdırma aparılır:

"Hesab edirəm ki, aparılan araşdırmaların nəticələri yaxın vaxtlarda bəlli olacaq. Bundan sonra isə hadisənin başvermə səbəbi ilə bağlı ölkə başçısına məruzə ediləcək. Daha sonra bu barədə ictimaiyyətin də məlumatı olacaq”.

Nazim Məmmədov Dövlət Komissiyasının müntənzəm olaraq iclaslar keçidiyini qeyd edib: "Komissiyanın üzvləri bir neçə dəfə hadisənin baş verdiyi yerə yollanıblar. Hazırda isə demək olar ki, hər gün Komissiyanın iclası keçirilir. Komissiya öz işini davam etdirir”.

Xatırladaq ki, "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının tərkibinə aşağıdakı şəxslər daxildir:


Komissiyanın sədri

Baş nazirinin birinci müavini Yaqub Eyyubov

Komissiya sədrinin müavini

Energetika naziri Pərviz Şahbazov

Komissiyanın üzvləri


Daxili işlər naziri Ramil Usubov

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov

Baş prokuror Zakir Qaralov

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev

"Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev

"Azərişıq” ASC-nin sədri Baba Rzayev

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov

Fizika İnstitutunun direktoru Nazim Məmmədov.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}