Azərbaycanda sabitliyi pozmaq istəyirlər
Tarix: 11-07-2018 13:58 | Bölmə: Xəbərlər
Azərbaycanda sabitliyi pozmaq istəyirlər

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gəncə şəhərində polislərin qətlə yetirilməsini pisləyib.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuat konfransında bildirib ki, Azərbaycanın inkişafı Ermənistanla yanaşı, bəzi qüvvələri də narahat edir.

O qeyd edib ki, Azəbaycandakı inkişaf və sabitlikdən narahat olan qüvvələr ölkədə sabitliyi pozmaq istəyirlər:

"Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən parad Ermənistan və digər deskruktiv qüvvələri narahat edib. Amma həmin qüvvələr bilməlidir ki, bu cür təxribatlara cəhd edərkən onlar öz qarşılarında Azərbaycan dövlətini görəcəklər”.

H. Hacıyev Gəncə gənclərinə müraciət də edib. Qeyd edib ki, onlar vətənpərvərlikləri ilə seçilməli, həmrəylik nümayiş etdirməlidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}