Qənirə Paşayeva təxribatla üzləşib
Tarix: 18-07-2018 11:06 | Bölmə: Xəbərlər
Qənirə Paşayeva təxribatla üzləşib

Milli Məclisin deputatı Qənirə Paşayevaya qarşı təxribat törədilib. Millət vəkili bildirib ki, kimlərsə onun adına Facebook sosial şəbəkəsində saxta səhifə açıblar:

"Bunu kim edibsə, dünyadakı ən əxlaqsız, tərbiyəsiz adamlardan biridir, oğrudur. Mənim adıma rəsmi səhifəmlə eyni adda səhifə açıb, ora rəsmi səhifəmdəki şəkli və məlumatları qoyublar”.

Q. Paşayeva onun adından tanınmış insanlara dostluq göndərən naməlum şəxslərlə bağlı dostlarını şikayət etməyə çağırıb.

"Bu əxlaqsız kimdirsə, həm də peşəkar əxlaqsızdır. Saxta səhifəni açan kimi mənim səhifəmi əngəlləyib ki, bu səhifəni görə bilməyim. Yaxşı ki, dostlar xəbər verdi və linki göndərdilər. Bunu edən adamda bir az da olsa, əxlaq anlayışı varsa, qapatsın həmin səhifəni, yoxsa rəsmi yollarla şikayət edib bu admini tapacağıq və tədbirlər görüləcək”.

Qənirə Paşayeva təxribatla üzləşib




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}