14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Partiya sədrinin qızıllarını oğurlayıblar
Tarix: 07-08-2018 14:54 | Bölmə: Xəbərlər
Partiya sədrinin qızıllarını oğurlayıblar

Aydınlar Partiyasının sədri, Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəylinin mənzili qarət olunub.

Reyting.az
xəbər verir ki, Qulamhüseyn Əlibəyli faktı avropa.info-ya təsdiqləyib.

Partiya sədri hadisənin konkret olaraq hansı gündə baş verdiyini bilmədiyini deyib.

Onun sözlərinə görə, qarət onun yaşadığı Yasamal rayonu, F. İbrahimbəyov küçəsi, bina 12-də baş verib.

O bildirib ki, ailə üzvləri ilə birlikdə avqustun 3-dən 6-dək evdə olmayıb.
"Və yəqin ki, hadisə də bu dövrdə olub".

Q. Əlibəyli deyib ki, evindən təqribən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb: “Hadisə ilə bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə məlumat verilib və istintaq əməliyyatı gedir”.

Oğru və ya oğruların mənzilə eyvandan keçməklə daxil olublar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}