İki qurum gücləndirilmiş iş rejiminə keçib - Səbəb
Tarix: 07-08-2018 15:03 | Bölmə: Xəbərlər
İki qurum gücləndirilmiş iş rejiminə keçib

Qurban bayramı (avqustun 22-23-də qeyd olunacaq) ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi gücləndirilmiş iş rejiminə keçib.


Trend-in məlumatına görə, bunu nazir müavini İlham Quliyev bildirib.

Nazir müavini deyib ki, bazarlara daha sağlam heyvanların satışa çıxarılmasına nəzarət olunacaq: "Müəyyən iş adamlarına müraciət edilib ki, bayram ərəfəsində satışa sağlam heyvanlar çıxarılsın. Çalışırıq ki, Qurban bayramının yüksək səviyyədə təşkil edilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərək".

Qeyd edək ki, bayramda ət kəsiminə nəzarəti Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}