14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Komitə əməkdaşlarına cinayət işi açılıb
Tarix: 07-08-2018 18:49 | Bölmə: Xəbərlər
Komitə əməkdaşlarına cinayət işi açılıb

Dövlət Gömrük Komitəsinin 2 vəzifəli şəxsi rüşvət aldıqlarına görə işdən azad olunublar.

İyul ayında Tovuz Gömrük İdarəsinin sərnişin şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Eldar Əhmədov və həmin şöbənin baş inspektoru Əmrulla Əmiraslanov “Sınıq körpü” gömrük postunda xidmətdə olarkən Azərbaycan Respublikasi ərazisinə müvəqqəti gətirilən nəqliyyat vasitəsini qanunvericiliklə müəyyən edilmiş depozitdən yayındırmaq məqsədi ilə avtomasını idarə edən şəxsdən 20 min rubl rüşvət alıblar.

Bu fakt əsasında Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsində xidməti araşdırma aparılıb, araşdırma nəticəsində Eldar Əhmədov və Əmrulla Əmiraslanov törətdikləri cinayət əməlini etiraf ediblər. Buna görə onların gömrük orqanlarında xidmətinə xitam verilib və toplanmış materiallar Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Faktla bağlı aidiyyatı üzrə araşdırmalar davam etdirilir.(Ölkə.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}