07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb
Tarix: 13-08-2018 17:23 | Bölmə: Xəbərlər
Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçiminin vaxtı avqustun 14-i saat 10:00-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzi bildirir ki, avqustun 13-i saat 16:55-ə olan məlumata görə 44 558 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib:

"200 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib.

İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə tövsiyə olunur ki, qeyd olunan tarixədək ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ndə ixtisasları seçmiş və təsdiq etmiş abituriyentlər buraxılacaqlar".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}