“Amerika elektronikasını boykot edəcəyik” - Ərdoğan
Tarix: 14-08-2018 14:16 | Bölmə: Xəbərlər
“Amerika elektronikasını boykot edəcəyik”

Türkiyə Amerika istehsalı olan elektron məhsulları boykot edəcək.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada çıxışı zamanı deyib: "Daha çox istehsal , daha çox ixrac edəcəyik. Onlarda “iPhone” varsa, digər tərəfdə "Samsung" , “Vestel”, “Venus” da mövcuddur. Biz özümüzə bəsik”.

Ərdoğan qeyd edib ki, Amerika iqtisadi cəhətdən yalnız Türkiyəyə deyil, Çin, Rusiya, İran və Avropaya da hücum edir:

“Hətta bu hücumlar Kanadaya da yönəlib. Ancaq bizə qarşı bir əməliyyat başlayıb. Biz Amerika elektronikasını boykot edəcəyik”.(Modern.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}