07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Tanınmış jurnalist xəstəxanaya yerləşdirilib
Tarix: 15-08-2018 11:08 | Bölmə: Xəbərlər
Tanınmış jurnalist xəstəxanaya yerləşdirilib

Dünən axşam tanınmış jurnalist Səbuhi Məmmədli Facebook səhifəsində intihara cəhd etməsi barədə xəbər yazıb.

“Bəsdi, bəsdi.. Kimin həvəsi varsa Biləcəri dəmir yolu körpüsünün üstünə gəlsin. Aşağıda yüksək elektrik naqilləri var. Sizə realiti şou göstərəcəm”.

Məlumata görə, onu fikrindən yayındırmaq mümkün olub.

Səbuhi Məmmədlinin yaxınlarının Modern.az-a verdiyi məlumata görə, o, intihar etmək fikrində olmayıb.

“Səbuhi intihara əl atmayıb. O qədər intihar etməsi barədə yazırlar ki, axırda intihar edəcək. Səbuhi çox həssas dönəmlər yaşayır. Səhhətində ağrılar var. Müalicə olunmalıdır. Yüksək təzyiqdən və şəkərdən əziyyət çəkir. Ağrılar şok verir. Ona görə də axşam Səbuhi 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiyada olduğuna görə, hələ görüşməmişik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}