16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Komitə üzvləri Şəhidlər Xiyabanını ziyarət edəcək
Tarix: 15-08-2018 15:57 | Bölmə: Xəbərlər
Komitə üzvləri Şəhidlər Xiyabanını ziyarət edəcək

Qarabağ Komitəsinin iclasında Füzuli və Cəbrayıl rayonlarının işğal günü ilə bağlı keçiriləcək tədbirlərə dair qərar qəbul edilib.

Komitənin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, Komitə üzvləri Akif Heydərli, Razim Əmiraslanlı, Akif Nağı, Tural Abbaslı, Vaqif Əlisoy, Əvəz Zeynallı, Sahib Musayev, Şakir Abbas, Təranə Səfərsoy, İlqar Əli, Valeh Qaramanlı və digərləri çıxış edərək təkliflərini veriblər. Qəbul olunmuş qərarda avqustun 23-də Şəhidlər Xiyabanının ziyarət olunması və digər tədbirlər nəzərdə tutulur.

Komitə üzvü Əvəz Zeynallı mətbuat üçün açıqlamasında bildirib ki, həmin gün Şəhidlər Xiyabanının kütləvi ziyarət olunması hər kəsin borcudur: “Hər bir siyasi, ictimai qurum, hüquq müdafiəçiləri, hər bir vətəndaş bu ziyarətdə fəal iştirak etməlidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}