Polislər tanınmış iş adamını saxlayıb - Fotolar
Tarix: 16-08-2018 16:11 | Bölmə: Xəbərlər
Polislər tanınmış iş adamını saxlayıb

"Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov yol polisi tərəfindən saxlanılıb.

Reyting.az
saytı yenicag.az-a istinadən xəbər verir ki, bu zaman ona məxsus avtomobilin 44-AA-444 dövlət nömrə nişanı diqqət çəkib.

Qeyd edək ki, "Hacı Mazan” dövrü mətbuatda qalmaqallı şəxslərdən hesab olunur. O, daima xoşagəlməz məsələlərlə gündəmə gəlir. Adı narkoticarətdə hallanan Ramazan Zeynalov bir neçə gün öncə jurnalistə təzyiq göstərməsi ilə diqqət çəkmişdi.

Xatırladaq ki, Ramazan Zeynalov Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qohumudur.

***

Onu da qeyd edək ki, Ramazan Zeynalovun oğlu Bayram Zeynalov Sumqayıt şəhər Yol Polisinin rəisi vəzifəsində çalışır. B. Zeynalovun xidməti avtomobilinin nömrəsi 99 YP 444-dür.

Polislər tanınmış iş adamını saxlayıb
Polislər tanınmış iş adamını saxlayıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}