Şəhid polkovniklərin 40 mərasimi keçiriləcək
Tarix: 17-08-2018 18:08 | Bölmə: Xəbərlər
Şəhid polkovniklərin 40 mərasimi keçiriləcək

Avqustun 19-da Gəncə şəhərində iyulun 10-da öldürülən şəhid polkovniklərin yas mərasimi keçiriləcək. Mərasimdə şəhər ictimaiyyəti ilə birlikdə ölkə ictimaiyyəti də iştirak edəcək.

Xural.com-un əldə etdiyi məlumata görə, yas mərasimləri hər polis zabitinin öz evində təşkil olunacaq və şəhid ailələri yasda iştirak etmək üçün hamını dəvət ediblər.

Xatırladaq ki, iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsindən sonra şəhərdə vəziyyət gərginləşmiş, iyulun 10-da təxribatçı qrupların müşayiəti ilə qarşıdurma yaranmış və polis polkovniki İlqar Balakişiyevlə polis polkovnik-leytenantı Səməd Abbasov kriminal ünsürlər tərəfindən qətlə yetirilmişdi. Polislər ölümündən sonra prezident İlham Əliyevin qərarı ilə təltif edilmiş, polis zabitlərinin yasında hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişdilər.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}