11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Rusiyanın jesti ölkəmizə maliyyə itkisi vəd edir
Tarix: 18-08-2018 09:10 | Bölmə: Xəbərlər
Rusiyanın jesti ölkəmizə maliyyə itkisi vəd edir

Rusiya Türkiyəyə ABŞ-la savaş məqamında ciddi bir jest edib. Rəsmi Moskva Türkiyənin iş adamları ilə yanaşı, yük maşınlarının sürücülərinə tətbiq eilən vizanı da sentyabr ayında aradan qaldıracaq.

Reyting.az
-ın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 10-cu Səfirlər Konfransında məlumat verib.

Onun sözlərinə görə, Rusiya Türkiyədən olan iş adamları, TIR və digər yük maşınlarının sürücülərindən daha viza tələb etməyəcək: "Artıq bu kateqoriyadan olan insanlarımızla bağlı vizanın qaldırılması istiqamətində anlaşdıq".

Bəzi ekspertlər iddia edir ki, Rusiyanın Türkiyəyə bu güzəşti Azərbaycana ciddi təsir edə bilər. Belə ki, ölkəmizin ərazisindən keçməklə, Orta Asiyaya yükdaşımalarda mühüm rol oynayan Azərbaycan bundan sonra əvvəlki əhəmiyyətini itirə bilər.

Qeyd edək ki, indiyədək Türkiyə TIR-ları Orta Asiyaya Gürcüstandan Azərbaycana, buradan isə gəmilərlə keçməklə gedirdi. Hətta Türkiyə Rusiya ilə təyyarə vurulmasına görə ciddi qarşıdurma yaşayanda Azərbaycan türk yükmaşınlarına daha böyük və ciddi imkanlar açmaq üçün əlavə limanlar da tikdi. Bununla da indiyədək Türkiyə TIR-ları üçün Qazaxıstana Rusiyadan getmək daha ucuz başa gəlirdi. Hətta Azərbaycan məxsusi olaraq daşımalara görə vergini də azaltmışdı.

İndisə Rusiyanın vizanı qaldırması ortaya yeni məqamlar çıxarıb. Görəsən, Rusiya Türkiyədən gələn yük maşınlarına vergini də azaldacaqmı?

Əgər belə olarsa, o zaman türk yüklərinin Rusiya ərazisində getməsi Azərbaycanın ciddi maliyyə itkisinə səbəb ola bilər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}