14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ermənilər mövqelərimizi pulemyotlarla atəşə tutub
Tarix: 18-08-2018 10:19 | Bölmə: Xəbərlər
Ermənilər mövqelərimizi pulemyotlarla atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 81 dəfə pozub.

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistanın İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Nəmirli, Baş Qərvənd, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}