Benzinin qiyməti artıb – Yeni tarif
Tarix: 20-08-2018 11:56 | Bölmə: Xəbərlər
Benzinin qiyməti artıb

Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzinin qiyməti bahalaşıb. Reyting.az-ın xəbərinə görə, artıq bu barədə yanacaqdoldurma məntəqələrinə məlumat verilib.

Belə ki, artıq “Premium Euro-95” markalı benzin 1 manat 50 qəpik, “Super Euro-98” markalı avtomobil benzinin qiyməti isə 1 manat 60 qəpik olub.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzini Azərbaycana idxal olunur.
“Həmin markalı avtomobil benzini idxal olunduğu üçün onun qiyməti dövlət tərəfindən, konkret desək Tarif Şurası tərəfindən tənzimlənmir. Tarif Şurasında ancaq ölkədə istehsal olunan bir sıra mal və xidmətlərin qiymətləri tənzimlənir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}