Aktyoru ürək nahiyəsindən bıçaqlayıblar - Foto
Tarix: 08-09-2018 14:08 | Bölmə: Xəbərlər
Aktyoru ürək nahiyəsindən bıçaqlayıblar

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

Məlumatda bildirilir ki, həmin kənddə keçirilən toy mərasimində 1975-ci il təvəllüdlü Mahir Mirişli ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Aktyoru ürək nahiyəsindən bıçaqlayıblar

Qeyd edək ki, Mahir Mirişli aktyordur, bir sıra kino və teleseriallarda çəkilib. O, Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır və Biləsuvarda qohumlarından birinin toy mərasimində iştirak edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}