17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İŞİD silahlıları dinc sakinləri güllələyib - Hücum
Tarix: 16-09-2018 15:20 | Bölmə: Dünya
İŞİD silahlıları dinc sakinləri güllələyib

İŞİD terror qruplaşması silahlılarının İraqa hücumu nəticəsində 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Bu barədə "Anadolu" agentliyi xəbər verir.

Xəbərdə bildirilir ki, hücum Kərkük və Diyala vilayətlərində baş verib.

Terrorçuların Kərkükdən 55 kilometr cənub-şərqdəki El-Havica rayonuna hücumu zamanı 1 polis əməkdaşı və 1 dinc sakin öldürülüb. Daha 1 dinc sakin yaralanıb. Terrorçular hadisə yerindən qaçıblar.

İŞİD silahlılarının Diyala vilayətinə hücumu nəticəsində isə 1 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}