16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Telekanal rəhbəri və oğlu işdən çıxarılıb - Yenilənib
Tarix: 24-09-2018 14:03 | Bölmə: Xəbərlər
Telekanal rəhbəri və oğlu işdən çıxarılıb

Azərbaycanda telekanal rəhbəri və onun oğlu işdən çıxarılıb.

"ARB 24” telekanalının baş direktoru Nadir Şəfiyev və həmin telekanalda redaktor işləyən oğlu Allahverdi Şəfiyev tutduqları vəzifədən azad ediliblər.

Onların hansı səbəbdən işdən çıxarılmaları hələ ki açıqlanmır.

Xəbəri ARB telekanalından Unikal.org-a təsdiqləyiblər.
==
"ARB 24”-ün baş direktoru işdən çıxarılmaqla yanaşı telekanalın yayımı da dayandırılıb.

Məlumata görə, “ARB 24”-ün yayımının dayandırılmasına səbəb oktyabrın 1-dən ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı kimi fəaliyyət göstərməsidir.

Nəzərinizə çatdıraq ki, bir neçə gün öncə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirmişdi ki, MTRŞnın 28 Dekabr 2017-ci il tarixli qərarı ilə "Türkel TV" MMC-yə ümürespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası üçün) müddətsiz lisenziya verilib:

"Ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla da respublika üzrə yayımlanan kanalların sayı 11-ə çatacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}