16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Siqaret çəkməyin cəriməsi baha olacaq - Qadağa
Tarix: 24-09-2018 15:33 | Bölmə: Xəbərlər
Siqaret çəkməyin cəriməsi baha olacaq

Azərbaycanda qadağan edilən yerlərdə siqaret çəkilməsini təklif edənlərə cərimə tətbiq olunacaq.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilir.

Dəyişikliyə əsasən, məcəllənin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə 5-ci bənd əlavə edilir.

Əlavə edilən bənddə qeyd olunub ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcəklər.

Bundan başqa, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}